Reklam verin!

Şeyx Səfi əd-Din İshaq (Şeyx Səfi, Şeyx Səfi Ərdəbili) Səfəvilər sülaləsinin banisi.

1252 (hicri-650)-ci ildə Ərdəbil*in Kəlxuran kəndində anadan olmuşdur. Atası Əminuddin Cəbrəil Xacə Kəmaluddin Ərəbşahı*dır. Sufi dairələrində onu yeddinci şiə imamı Musa Kazim*ın (miladi 754-800) 21-ci nəslindən hesab edirdilər. Şeyxin beşinci ulu babası Firuzşah Qızılbaş o nəsildən, sülalədən Ərdəbil*ə gələn və burada məskunlaşan əvvəlinci şəxs hesab olunur. Mənbələr Firuzşah*ın oğlunun Əvəz, Əvəz*in oğlunun Məhəmməd, Məhəmməd*in oğlunun Səlahəddin, Səlahədin*in oğlunun Əminəddin, Əminəddin*in oğlunun isə Səfiəddin olduğunu qeyd edirlər. Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, ana dilindən başqa fars, ərəb, gilan və monqol dilləri*ində də sərbəst danışmağa başlayır.
İyirmi yaşında təhsilini artırmaq üçün Şiraz*a gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullah*ın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615-700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahid*i Azərbaycandakı sufi təriqəti olan Sührəverdiyyə ilə münasibətlər saxlayan gəzərki dərviş idi. Onun əsl adı Təcaddin İbrahim bəy Rövşan*dır. 0, 1215-ci ildə Lənkəran*ın yaxınlığında olan Siyavər kəndində anadan olmuşdur. Onu həmin vilayətdə olan Xalanagiran (Xaylakaran) kəndində dəfn etmişdilər və onun şərəfinə həmin kəndin adını Şıxakeran dəyişmişdilər. Onun qəbri üstə türbə tikilmişdir, bu yer xalqın müqəddəs ziyarətgah yeri olmuşdur. Bu türbəni Şeyx Heydər (Şah İsmayıl*ın atası) və Şah Abbas ziyarət etmişlər. Şeyx Zahid*in qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqəti*nin rəhbəri olur . 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir. Şeyx Səfi*nin ömrünün daha faydalı və təsirli dövrü məhz həmin illər olmuşdur. Onun şöhrəti az zamanda bütün Şərq dünyasına, Şərqi Roma*ya, Suriya*ya, Hindistan*a yayıldı. Şərqdə ürfan və din sahəsində yeganə şəxsiyyət kimi tanınan Şeyx Səfi bütün məzhəb və təriqətlərə mürşid və ustad ola bilmişdir. Ərdəbil*in Darül-irşad*ı (Hidayət evi) geniş bir əraziyə mənəvi ocaq olmuş və bu ocağın başında Şeyx Səfi durmuşdu. Şeyx tam bacarığı ilə təqiyyə prinsipinə əməl edərək elə bir dünyagörüşə malik idi ki, ayrı-ayrı Islam məzhəb*ləri və təriqət*ləri də onun mənəvi xəzinəsindən qidalana bilirdi. Səfəvi təriqəti özünəməxsus bir təşkilatın vasitəsilə təbliğ olunur və uzaq yerlərdə olan nümayəndələrə çatdırılırdı. Bu təşkilatın başında “pir”, yaxud “mürşid” dururdu. Əsas iş mürşid (müəllim) ilə mürid*lər (tələbələr) arasında vasitəçi rolu oynayan xəlifənin üzərinə düşürdü. Xəlifə hər tayfanın sufilərinə başçı olmaqla bərabər, həm də rəhbərlə birbaşa əlaqədə olurdu. Xəlifələr və sufilər tabeçilikdə olan camaatla rəhbər arasında elə möhkəm əlaqə yaratmışdılar ki, bu əlaqə gündən-günə genişlənməkdə və möhkəmlənməkdə idi. Əksər hallarda siyasətə qarışmayan bu sistem Şeyx Cüneyd*ə kimi davam etmişdi. Amma Darül-irşad Şeyx Cüneyddən başlayaraq siyasi məsələlərlə də maraqlanmağa başladı. Uzun müddət təşkilata rəhbər olan Ərdəbil piri bu təşkilatdan nəinki təriqəti və ideoloji məsələlər üçün istifadə etdi, həm də oranı böyük bir hərbi və siyasi təşkilata da çevirdi. Siyasətlə təriqət birləşərək səfəviyyə ideologiyasını formalaşdırdı. Bununla Şeyx Səfinin formalaşdırdığı şiizm-sufizm ideologiyası mahiyyəti etibarı ilə siyasət və hakimiyyətdən uzaq qala bilməzdi və istər-istəməz Darül-irşad*a rəhbərlik edən pir siyasi hərəkatlara da qoşulmalı idi. Şeyxdən sonra bir-birinin ardınca Sədrəddin, Xacə Əli İbrahim, Şeyx Cüneyd, Şeyx Heydər və nəhayət Şeyx İsmayıl Ərdəbil Darül-irşad*ına rəhbərlik etmişlər. Şeyx Səfi əd-Din 1334-cü ildə Ərdəbil şəhərində dünyasını dəyişir və burada da dəfn olunur. Onun məzarının üzərində türbə qurulur, ətrafında məscidlər, karvansaraylar, mədrəsələr, yaşayış evləri salınır. Burada böyük bir mədəni mərkəz yaranır. Şah İsmayıl da daxil olmaqla səfəvi şeyxlərindən bir çoxu burada dəfn olunur. Həmin mərkəzin tikinti və bərpa işləri fasiləsiz olaraq davam edir. Nəhayət, XIV əsrdə I Şah Təhmasib*in hakimiyyəti dövründə (1524-1576-cı illər) həmin məqbərə öz indiki şəklini alır. Səfəviyyə təriqəti*nin rəhbəri qismində Şeyx Səfi əd-Dinin ilk varisləri Sədrəddin Musa (1334-1392/3) və Şeyx Xacə Əli (1392/3 -1429) olmuşdur. Səfi əd-Dinin nəticəsi İbrahim Şeyxşah*dan (1429 -1447) başlayaraq Ərdəbil şeyxləri real, dünyəvi hakimiyyəti də ələ keçirirlər. Şeyx İbrahim Şeyxşah Ərdəbil hakimi olur, sonradan Şeyx İsmayıl (1486-1524) əvvəlcə Azərbaycan*da, sonra həm də İran*da yeni Qızılbaşlar dövləti*nin və bu dövlətin taxt-tacında Səfəvilər sülaləsi*nin əsasını qoyur.
Baxış sayı:180     Mart 24, 2008 22:41 tarixində AzArc tərəfindən
Məqalələr, Azərbaycan Şəhərləri bölməsində yazılib
Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha